Sevdiyi qızı bıçaqladı : Özü 9-cu mərtəbədən yıxılıb öldü
02:59 31 Oktyabr 2016
Rusiyanın Surqut şəhərində azərbaycanlı faciəvi şəkildə ölüb.
Femida.az Report-a istinadən xəbər verir ki, hadisə Çexov küçəsində yerləşən ev 14/4-də baş verib.
1990-cı il təvəllüdlü gənc sevdiyi qızın yaşadığı binaya gələrək onu mənzilin girişində bıçaqlayıb. Döş və qarın nahiyələrindən bıçaq xəsarətləri alan 25 yaşlı qız hadisə yerindən qaçmağı bacarıb və ətrafdakıları köməyə çağırıb. Gənc oğlan isə 9-cu mərtəbənin pəncərəsindən yıxılaraq ölüb. Onun hadisəni törətdikdən sonra özünə sui-qəsd etdiyi də bildirilir.
Yaralı qız isə ağır vəziyyətdə yerli xəstəxanalardan birinin Reanimasiya şöbəsinə yerləşdirilib.
Məlumata görə, hadisədən bir müddət əvvəl gənc oğlan qızdan sevgi hisslərinə rədd cavabı aldığı üçün onu öldürəcəyi ilə hədələyib. Qızın polisə şikayətindən sonra miqrant Azərbaycana deportasiya olunub. Lakin o, qisas almaq üçün yenidən Surquta qayıtmağı bacarıb.
Oxunub: 1984
Oxşar xəbərlər
- Sevdiyi qıza görə özünü bıçaqladı
- Sevdiyi qadını qaçıran şəxsi amansızlıqla öldürdü - TƏFƏRRÜAT
- Sevdiyi qıza görə qolunu doğradı
- Sevdiyi oğlan `yox` dedi, intihara cəhd etdi
- Sevdiyi qıza görə özünü öldürən oğlan: `Sevgi yoxdur` (FOTO)
- Sevdiyi qızı küçədə öldürdü - Bakıda dəhşət
- Sevdiyi qızın evini yandıran oğlana 14 il həbs