Telman İsmayılov Ali Məhkəməyə şikayət etdi


23:19     10 Avqust 2016 1410007382_1409736441_1404564414_telman3.jpg

Azərbaycan əsilli biznesmen, AST şirkətlər qrupunun yaradıcısı Telman İsmayılov Rusiya Ali məhkəməsinə şikayət edib.


Femida.az modern.az-a istinadən bildirir ki, İsmayılov onun müflis sayılması barədə verilmiş məhkəmə qərarının Moskva Arbitraj Apellasiya məhkəməsi tərəfindən ləğv olunması ilə bağlıdır.

Şikayət ərizəsi avqustun 8-də icraata alınıb.

Moskva arbitraj məhkəməsi 2015-ci ilin dekabrında Moskva vilayəti üzrə arbitraj məhkəməsinə müflis tanınması üçün müraciət etmişdi.

Prosedur İsmayılovun Boris Zubkov adlı şəxsə 9 milyon rubl borcunun olması səbəbindən başlanmışdı.

Lakin bu ilin mayında Moskva dairəsi arbitraj məhkəməsi öncəki instansiyanın qərarını ləğv edərək Azərbaycan əsilli biznesmeni müflis kimi tanımaqdan imtina etmişdi.

Açar sözlər:

Oxunub: 1305