Velosipedlə vurulan qadın öldü - Bərdədə


16:37     12 Avqust 2016 qadin%20oldu21.jpg

Bərdə rayonunda velosiped yoldan keçən qadını vurub.


Femida.az-ın DİN-in saytına istinadən verdiyi məlumata görə, avqustun 4-də saat 08 radələrində Bərdə şəhərində şəhər sakini Nicat Məmmədov idarə etdiyi velosipedlə yolu keçən həmyerlisi Əzizə Mehralıyevanı vurub. Ə.Mehralıyevaya xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb və avqustun 11-də evində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 1696