Qazaxıstanda terror təhlükəsi - XƏBƏRDARLIQ


14:31     14 Avqust 2016 b9a0cac1899757093650b990d779813c.jpg

Qazaxıstanda bu ilin iyun ayında Aktobedə törədilən terror aktından sonra elan edilən mülayim “sarı” terror təhlükəsi səviyyəsinin müddəti 15 yanvar 2017-ci ilə qədər uzadılıb.


Qazaxıstan Milli Təhlükəsizlik Komitəsi Qazaxıstan Antiterror Mərkəzinin belə bir qərar qəbul etdiyi barədə məlumat yayıb.

Qeyd edək ki, iyunun əvvəlində bir silahlı qrup gənc Aktobedə iki silah mağazası və hərbi hissəyə hücum edib. Şəhərdə antiterror əməliyyat rejimi elan edilib. Terrorçuların hücumu nəticəsində 3-ü hərbçi olmaqla, 8 nəfər ölüb. Təhlükəsizlik qüvvələri 18 cinayətkarı məhv edib, 9 nəfər saxlanılıb. Aktobedə terror aktı törədilməsində sələfi dini təriqətinin üzvləri günahlandırılır.

Açar sözlər:

Oxunub: 1269