Bir ailənin dörd üzvü göldə boğuldu


14:25     15 Avqust 2016 golde%20bogul.jpg

Bazar günü Rusiyanın Krasnoyarsk vilayətinin Şuçyem gölündə qayığın çevrilməsi nəticəsində iki uşaq və valideynləri boğulub.


Ata ailə üzvləri ilə göldə gəzintiyə çıxmaq üçün tanışından qayıq götürüb. O, qayığı idarə edə bilmədiyinə görə qayıq çevrilib.

Rusiya Daxili İşlər Nazirliyinin regional idarəsinin yaydığı məlumata görə, qayığın çevrilməsi nəticəsində 1987-ci il təvəllüdlü kişi, 1986-cı il təvəllüdlü qadın, 2008 və 2009-cu il təvəllüdlü uşaqlar həyatlarını itiriblər.

Onların cəsədlərinin axtarışları davam etdirilir.

Femida.az

Açar sözlər:

Oxunub: 1325