Pakistandan Hindistana barışıq çağırışı


04:22     16 Avqust 2016 Pakistan-Hindistan-İlişkileri.jpg

Pakistanla Hindistan arasında yaxınlaşma meylləri müşahidə olunmaqdadır. Pakistan Xarici İşlər nazirinin müavini Ayzaz Çoudxri hindistanlı həmkarı Subraməniam Cayşankərə İslamabada səfərlə bağlı dəvət məktubunu çatdırıb.


Femida.az xəbər verir ki, buna səbəb Pakistan tərəfinin Hindistanla mübahisəli Cammu və Kəşmir ərazilərini müzakirə etmək istəyidir. Verilən məlumata görə, məktubda hər iki ölkənin BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq, beynəlxalq öhdəliklərini yerinə yetirməyə çalışmalı olduğu vurğulanıb.

Femida.az

Açar sözlər:

Oxunub: 1304