Pakistandan acı xəbər gəldi - 13 ölü var
15:04 04 İyul 2017
Pakistanda iki silahlı qrup arasında baş verən atışma nəticəsində ikisi qadın, biri 8 yaşlı qız olmaqla 13 nəfər ölüb, 20-dən çox sakin yaralanıb.
Femida.az xarici mətbuata istinadən xəbər verir ki, atışma Sind əyalətinin Şikarpur şəhərində polis məntəqəsi yaxınlığında düşüb.
Atışmaya səbəb torpaq sahəsi ilə bağlı münaqişə göstərilir.
Femida.az
Oxunub: 1695