Ucarın qazla təchizatında problem yaranıb


22:57     19 Avqust 2016 1432729161_qaz.jpg

Ucarın təbii qazla təchizatında problem yaranıb.


Abonentlərin Apa-ya verdikləri məlumata görə, artıq 2 aya yaxındır ki, rayonun bütün yaşayış məntəqələrinə təbii qazın verilişində fasilələr yaranır.

Ucar rayonunda əvvəllər qazın verilişində heç bir problem yaşanmadığını deyən sakinlər son vaxtlarda qazın fasilələrlə və istifadəsi mümkün olmayacaq qədər çox aşağı təzyiqlə verildiyini bildirir. Bu isə təbii qaz istifadəçilərinin narazılığına və narahatçılığına səbəb olur. Sakinlər iddia edir ki, bu ayın əvvəlindən etibarən vəziyyət daha da acınacaqlı olub. Sakinlər deyir ki, bu səbəbdən onlar məcburən maye qazdan istifadə etməli olurlar.

Yerli qaz istismar sahəsinin qəza xidmətindən verilən məlumata görə, rayonun yaşayış məntəqələrinə qazın fasilələrlə verilməsinə əsas səbəb qaz itkiləri nəticəsində yaranmış borcla bağlıdır. Xidmətdən bildirilib ki, Ucar rayonuna bütün yaşayış məntəqələrinə təbii qaz hər gün fasilələrlə veriləcək.

Femida.az

Açar sözlər:

Oxunub: 1213