Ucarın rəisi rüşvətə görə işdən qovulub? - Açıqlama


18:59     05 Dekabr 2016 ucar%2052%20(1).jpg

“Azəriqaz” İstehsal Birliyinin Ağsu Regional İdarəsinin Ucar istismar sahəsinin rəisi Elşən Hüseynovun vəzifəsindən azad edilməsi ilə bağlı məlumat yayılıb.



E.Hüseynovun rüşvət faktına görə, işdən çıxarıldığı bildirilir.

“Azəriqaz” İstehsalat Birliyinin mətbuat rəhbəri İbrahim Kərbalayev faktı nə təkzib, nə də təsdiq edib.

Qurum rəsmisi Femida.az -a bildirib ki, bu haqda heç bir məlumata malik deyil: “Elşən Hüseynov bülletendədir. Müvəqqəti olaraq əməkdaşlarımızdan biri onu əvəz edir”.

Femida.az -ın əldə etdiyi məlumata görə, Elşən Hüseynovun yerinə yeni rəis İlham Zeynalov təyin olunub.

Xatırladaq ki, keçən həftə Ucar rayonu, Qarabörk kənd sakini Səlimova Məlahət tərəfindən Femida.az -a müraciət daxil olmuşdu. Vətəndaş müraciətində Ucar rayonu Qaz İdarəsinin rəhbəri Elşən Hüseynovdan narazılığını bildirmişdi.


Miri Məcidli
Femida.az




Açar sözlər:

Oxunub: 2674