Artur Rasizadə Çyan Kemin ilə görüşdü
00:07 20 Avqust 2016
Avqustun 19-da Azərbaycan Respublikasının Baş naziri Artur Rasizadə Çin Xalq Respublikası kommersiya nazirinin müavini Çyan Kemin ilə görüşüb.
Nazirlər Kabinetinin mətbuat xidmətindən verilən xəbərə görə, görüşdə Azərbaycan ilə Çinin ənənəvi tarixi dostluq münasibətlərinin mövcudluğu qeyd edilərək, vaxtilə qədim “Böyük İpək yolu” vasitəsilə əlaqələrin olduğu xatırlanıb. Müasir dövrdə də Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında qarşılıqlı faydalı əməkdaşlığın yüksək səviyyədə davam etdiyi məmnunluqla vurğulanıb, son illər iqtisadi-ticarət sahələrində münasibətlərin daha da genişləndiyi bildirilib.
Daha sonra Bakıda keçirilən Azərbaycan-Çin Ticarət İqtisadi Əməkdaşlıq Komissiyasının 6-cı iclasında müzakirə olunan məsələlərə toxunan tərəflər qeyd ediblər ki, iclasın yekun protokolunda nəzərdə tutulmuş məsələlərin həlli ölkələrimiz arasında əməkdaşlığın intensiv inkişafı üçün münbit əsaslar yaradır. Söhbət zamanı enerji, nəqliyyat, tikinti, sənaye, maşınqayırma, ticarət, kənd təsərrüfatı, elm, təhsil, mədəniyyət sahələrində qarşılıqlı faydalı işbirliyinin, ümumən iqtisadiyyatın qeyri-neft sektoruna sərmayə qoyuluşunun böyük səmərə verəcəyinə əminlik ifadə olunub.
Görüşdə ölkələrin inkişafı üçün zəruri olan sülhün və sabitliyin qorunması məsələsindən söhbət gedərkən, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin də beynəlxalq hüquq normaları çərçivəsində, ölkəmizin ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı prinsipləri əsasında həllinin vacibliyi vurğulanıb.
Səmimi keçən görüşdə Azərbaycan ilə Çin arasında iqtisadi-ticarət əməkdaşlığının perspektivinə dair qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.
Femida.az
Oxunub: 1299
Oxşar xəbərlər
- Artur Rəsizadə yeni qaydaları təsdiq etdi
- Artur Rasizadə qərar imzaladı
- Artur Rasizadədən yeni qərar
- Artur Rasi-zadə 4 köməkçisini işdən çıxardı
- Artur Rasi-zadə qərar imzaladı
- Artur Rasizadənin köməkçilərinin sayı azaldılıb
- Artur Rasizadə iclas keçirdi
- Artur Rasi-zadə prezidentlə Xəzərin statusunu müzakirə etdi
- Artur Rəsizadə Estoniya XİN başçısı ilə görüşdü
- Artur Rasizadə iclas keçirdi