İstanbuldan Lənkərana aviareys açılır


19:42     22 Avqust 2016 Turkish_Airlines-3003.jpg

Azərbaycan Dövlət Mülki Aviasiya Administrasiyası "Türk Hava Yolları" (THY) şirkətinə Lənkəran şəhərinə aviareys açmaq üçün icazə verib.


Administrasiyadan Femida.az-ə bildiriblər ki, THY müvafiq xahişlə bir neçə dəfə müraciət edib: "Sonuncu belə müraciət yayın əvvəlində olub".

İstanbuldan Lənkərana aviareysin açılması tarixinə gəlincə, Administrasiyadan qeyd ediblər ki, THY uçuşların başlama vaxtını özü seçəcək.

Açar sözlər:

Oxunub: 1730