İstanbuldan uçan daha bir təyyarəni ildırım vurub


19:15     20 İyun 2017 ildrim.jpg

“Türk hava yolları” aviaşirkətinə məxsus təyyarəni İstanbuldan Kazana uçarkən ildırım vurub.


Femida.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, ildırım vurmasından sonra təyyarənin kapitanı geri qayıtmaq barədə qərar qəbul edib.

Təyyarədə 101 sərnişinin olduğu bildirilib.

Qeyd edək ki, ötən gün ildırım vurması nəticəsində İstanbuldan Tiflisə uçan Atlas global aviaşirkətinə məxsus təyyarə də Atatürk hava limanına geri dönmək məcburiyyətində qalmışdı.

Femida.az

Açar sözlər:

Oxunub: 1049