İslam İnkişaf Bankı Azərbaycana dəstək verdi
15:26 18 Aprel 2015
Azərbaycanın kənd təsərrüfatı naziri Heydər Əsədov İslam İnkişaf Bankının nümayəndələri ilə görüşüb.
Nazirlikdən verilən məlumata görə, görüşün məqsədi “Kənd Yerlərinin Kompleks İnkişaf Layihəsi”nin icrası ilə bağlı müzakirələrin aparılması olub.
H. Əsədov İslam İnkişaf Bankı ilə əlaqələri yüksək qiymətləndirərək bu layihənin ölkəmizdə həyata keçirilməsinə önəm verdiyini nəzərə çatdırıb. Görüşdə hər bir komponent ayrı-ayrılıqda müzakirə olunub, ümumilikdə layihənin fəaliyyətinin optimallaşdırılması üzrə nazir öz məsləhət və tövsiyələrini verib.
İslam İnkişaf Bankının nəzarət missiyanın rəhbəri Bahodir Mirzayev verilən səmərəli təklifləri təqdirəlayiq hesab edərək onların layihə fəaliyyətində nəzərə alınmasını məqsədəmüvafiq hesab edib.
Femida.az
Oxunub: 736
Oxşar xəbərlər
- İslam dünyası Qüdsə görə toplanır
- İslamiadada iştirak etmiş sərhədçilərlə görüş keçirilib
- İslamiadanın bağlanış mərasiminə 430 avtobus cəlb edilib
- İslamiada: 7 yarışa yekun vurulur
- İslamiadanın bağlanışına gedənlər üçün – Ən asan yol
- İslamiadanın açılışı zamanı nə qədər sərnişin daşınıb?
- İslam ölkələri üçün ortaq gün təsis edildi
- İslamiadanın açılışında azan oxunacaq
- İslamiadanın qalibləri 100 min manat alacaq - Sərəncam
- İslamiada: Qadın idmançılarımız qalib gəldi