Rusiya Ermənistana kredit verəcək
20:00 06 İyul 2015
Ermənistan “Suvarma sistemlərinin müasirləşdirilməsi” proqramı üçün Rusiyadan 40 milyon dollar kredit alacaq.
Femida.az APA-ya istinadən xəbər verir ki, Ermənistan “Suvarma sistemlərinin müasirləşdirilməsi” proqramı üçün Rusiyadan 40 milyon dollar kredit alacaq.
Ermənistanın maliyyə naziri Qagik Xaçatryanın rəhbərlik etdiyi nümayəndə heyəti Avrasiya Stabilləşmə və İnkişaf Fondunun Moskvada keçirilən iclasında iştirak edib.
Fond Ermənistanın “Suvarma sistemlərinin müasirləşdirilməsi” layihəsinin maliyyələşdirilməsi üçün bu ölkənin müraciətini müsbət cavablandırıb. Kredit illik 2%-lə, ilk 10 ili güzəştli olmaqla, 20 il müddətinə verilib.
Səfər zamanı Q. Xaçatryan rusiyalı həmkarı Anton Siluanovla da görüşüb. Nazirlər Ermənistanın Gömrük İttifaqı və vahid iqtisadi məkana qoşulması üzrə tədbirlərin həyata keçirilməsi məqsədilə Ermənistan Maliyyə Nazirliyinə 14,1 milyon dollar əvəzsiz yardım ayrılması haqqında saziş imzalayıblar.
Xatırladaq ki, ötən həftə Rusiya ilə Ermənistan arasında bu ölkəyə 200 milyon dollar güzəştli kredit ayrılması haqqında saziş imzalanıb. Bu məbləğin Ermənistan ordusu üçün müasir silahlar alınmasına xərclənəcəyi açıqlanıb.
Oxunub: 869
Oxşar xəbərlər
- Rusiya aviabazasına böyük zərbə - Suriyada
- Rusiyada kütləvi dava - Azərbaycanlı ağır yaralandı
- Rusiyada yaşayan azərbaycanlı alim vəfat etdi
- Rusiyada qəza: 10 nəfər ölüb
- Rusiya səfirininin ölümü ilə bağlı HƏBS QƏRARI
- Rusiyada həmyerlimiz 12 il azadlıqdan məhrum edildi
- Rusiya polisi `Lotu Quli`ni axtarır
- Rusiya Kamçatkada yeni ordu yaradır
- Rusiya Mərkəzi Bankının sədri ABŞ-ı hədələdi
- Rusiya telekanalında azərbaycanlı və erməni ekspertlər əlbəyaxa oldu - VİDEO