Dünya ulduzunun bacısı insan alverçisi imiş


20:38     30 Avqust 2016 mariah-carey-sister-730x480.jpg

Tanınmış müğənni Mariya Kareyin 55 yaşlı bacısı Alison Karey Nyu Yorkda qadınları fahişəliyə cəlb etdiyi iddiası ilə həbs olunub.


Femida.az “The Sun” qəzetinə istinadən xəbər verir ki, Alison Karey həbs olunan zaman bacısı Las Veqasda konsert öncəsi foto çəkdirməklə məşğul imiş.

Qeyd edək ki, Karey bacıları 1991-ci ildən küsülüdür. Forbes jurnalının yaydığı məlumata görə, dünyanın ən çox qazanan sənətçilərindən olan Mariyanın toplam sərvəti 500 milyon dollar təşkil edir.

QİÇS-lə mübarizə aparan Alison Karey bir dəfə bacısına video vasitəsilə “Məni tərk etmə, xahiş edirəm, mənə kömək et” şəklində müraciət etmişdi.

Ceyhun Əhmədli
Femida.az

Açar sözlər:

Oxunub: 1493