Parlament rəhbərləri Varşavada toplaşacaq


20:14     30 Avqust 2016 varsava.jpg

Avqustun 30-u və 31-də Polşanın paytaxtı Varşavada Mərkəzi-Şərqi və Cənubi Avropa ölkələrinin parlament rəhbərlərinin görüşü keçiriləcək. Görüşdə Azərbaycanı Milli Məclis Sədrinin müavini Valeh Ələsgərov təmsil edəcək.


Bu barədə Femida.az-a Milli Məclisin mətbuat xidmətindən məlumat verilib. Tədbirdə Avropa İttifaqının Şərqi və Mərkəzi Avropa ölkələri ilə regional əməkdaşlığı, bu ölkələrin öz aralarında parlamentlər səviyyəsində münasibətlərin inkişafı və digər mövzularda fikir mübadiləsi aparılacaq.

Valeh Ələsgərov görüşdə çıxış edəcək, müzakirə olunan məsələlərə münasibətini bildirəcək.

Femida.az

Açar sözlər:

Oxunub: 862