Ucar sakini itkin düşüb


01:35     31 Avqust 2016 itkin%20oglan.jpeg

Çimmək üçün kanala gedən Ucar sakini itkin düşüb.


APA-nın yerli bürosunun xəbərinə görə, hadisə ötən gün baş verib. Ucar Rayon Polis Şöbəsinə 1973-cü il təvəllüdlü Təhminaz Hüseyn oğlu Quliyevin itkin düşməsi ilə bağlı müraciət daxil olub. Yaxınlarının bildirdiyinə görə, T. Quliyev ötən gün rayon ərazisindən keçən Qazyan kanalında çimmək adı ilə evdən çıxıb və geri qayıtmayıb. Onun adı çəkilən kanalda batdığı ehtimal olunun.

Məlumata görə, hazırda kanalda axtarışlara başlanılıb.

Femida.az

Açar sözlər:

Oxunub: 1221