“Rusiyanın bəyanatı cəfəngiyatdır” - Pentaqon


01:59     01 Sentyabr 2016 pentagon.jpg

Pentaqon Rusiya aviasiyasının İŞİD-in ikinci şəxsini məhv etdiyinə dair məlumatı təkzib edib.



APA-nın Reuters agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Pentaqon nümayəndəsi bildirib.

“Rusiyanın bəyanatı cəfəngiyatdır”, deyə adının açıqlanmasını istəməyən mənbə vurğulayıb.

Qeyd edək ki, bu gün Rusiya Müdafiə nazirliyi Hələb vilayətində aviazərbələr zamanı İŞİD-in ikinci şəxsi sayılan və mətbuatla iş üzrə rəsmi nümayəndəsi kimi tanınan səhra komandiri Əbu Məhəmməd Əl-Adnani məhv edildiyini bildirib.

Açar sözlər:

Oxunub: 1164