Ağstafada yanğın olub


03:55     06 Sentyabr 2016 13878640961363594763_yangin45sadas1.jpg

Ağstafa rayonunda yanğın hadisəsi qeydə alınıb.


Femida.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, rayonun Düzqışlaq kəndində vətəndaşa məxsus həyətyanı sahəyə yığılmış 45 ton ot bağlamasının 25 tonu yanıb. Ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 20:21-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Femida.az

Açar sözlər:

Oxunub: 849