Ağstafada 87 yaşlı kişini avtomobil vuraraq öldürüb


10:14     05 İyul 2022 22_07_05_1656999511.jpg

Ağstafa rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

Hadisə rayonun Dağ Kəsəmən kəndində qeydə alınıb.

Ağstafa rayon sakini, 1935-ci il təvəllüdlü Hayqaz Hacıməmməd oğlu Musayevi taksi fəaliyyəti göstərən avtomobil vurub.

O, ağır xəsarətlər alaraq xəstəxanaya aparılıb. Lakin göstərilən tibbi yardımlara baxmayaraq, orada dünyasını dəyişib.

Faktla bağlı araşdırmalara başlanılıb.

Açar sözlər:

Oxunub: 327