Yavər Camalov gürcü səfirlə görüşdü


16:21     07 Sentyabr 2016 yaver%20camalov.JPG

Sentyabrın 7-də müdafiə sənayesi naziri Yavər Camalov Gürcüstanın Azərbaycandakı səfiri Teimuraz Şaraşenidzeni qəbul edib.


Müdafiə Sənayesi Nazirliyindən Femida.az-a bildirilib ki, nazir Azərbaycanla Gürcüstan arasındakı ikitərəfli münasibətləri yüksək qiymətləndirdiyini diqqətə çatdırıb və iki dost, qonşu dövlət arasında mövcud olan əlaqələrin daha da inkişaf edəcəyini vurğulayıb.

Yavər Camalov nazirliyin fəaliyyəti ilə bağlı səfirə məlumat verib.

Görüşdə Gürcüstanın Azərbaycana yeni təyin olunmuş hərbi attaşesi Giorgi Kvirikaşvili də iştirak edib.

Femida.az

Açar sözlər:

Oxunub: 1017