Yavər Camalov səfirlə görüşüb


17:20     08 Sentyabr 2016 DSC_0418.JPG

Müdafiə sənayesi naziri Yavər Camalov İranın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Möhsün Pakayini ilə görüşüb.


Nazirliyin mətbuat xidmətindən Femida.az-a daxuil olan xəbərə görə, nazir Azərbaycan ilə İran arasındakı ikitərəfli münasibətləri yüksək qiymətləndirdiyini diqqətə çatdırdı və iki ölkə arasında bir çox sahələri əhatə edən mövcud əlaqələrin daha da inkişaf edəcəyini əminliklə vurğulayıb. Yavər Camalov Müdafiə Sənayesi Nazirliyinin fəaliyyəti ilə bağlı səfirə məlumat verib.

Görüş zamanı qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb. Görüşdə İranın Azərbaycana yeni təyin olunmuş hərbi attaşesi, polkovnik Əli Seyfi də iştirak edib.

Açar sözlər:

Oxunub: 902