300 minlik hədiyyəni evakuatorla apardılar - FOTO


03:28     08 Sentyabr 2016 9045ffc0b6c573a20d83869f4a6fdf65.jpg

Bakı küçələrindən birində çəkilmiş foto sosial şəbəkədə böyük marağa və paylaşımlara səbəb olub.


Femida.az virtualaz.org-a istinadən xəbər verir ki, fotoda 99 DT 414 dövlət nömrə nişanlı evakuatorun üzərində qiyməti təxminən 300 min manat olan "Mercedes-Benz"-G63 avtomobili əks olunub.

Bahalı avtomobil gül və qırmızı lentlərlə bəzədilib. Avtomobilin ön şüşəsinin yuxarı tərəfindəki “atadan” və nömrə yerindəki “ad günün mübarək” sözləri onun hədiyyə olduğunu göstərir.

Həmin övladın və atasının adı isə məlum deyil.

Açar sözlər:

Oxunub: 2241