300 min nəfər işıqsız qaldı


19:56     01 Dekabr 2017 polsa4.jpg

Polşada aramsız yağan güclü qar fəsadlara yol açıb.


Məlumata görə, aramsız qar nəticəsində 300 minə yaxın adam işıqsız qalıb.

Paytaxt Varşavada qar 24 saat dayanmadan yağıb.

Güclü qar müxtəlif vilayətlərdə elektrik təchizatını sıradan çıxarıb.

Meteoroloqların məlumatına görə, ölkə ərazisində qar bu gün də davam edəcək.

Açar sözlər:

Oxunub: 539