Ticarət mərkəzi yandı


14:28     08 İyul 2015 580843.jpg

Qəbələ rayonunda ticarət mərkəzlərindən birində yanğın baş verib.


Femida.az FHN mətbuat mərkəzinə istinadən verdiyi məlumata görə, rayon ərazisində vətəndaşa məxsus ümumi sahəsi 560 kv.m olan ticarət mərkəzinin yanar konstruksiyaları 280 kv.m sahədə yanıb.

Hadisə yerinə dərhal rayonun Dövlət Yanğından Mühafizə briqadaları cəlb olunub. Ticarət mərkəzinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 02:45-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Açar sözlər:

Oxunub: 788