Zakir Həsənov Qarabağı müzakirə etdi - Londonda
17:57 09 Sentyabr 2016
Londonda səfərdə olan müdafiə naziri general-polkovnik Zakir Həsənov Böyük Britaniyanın müdafiə naziri Maykl Fallonla görüşüb.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, Azərbaycan ilə Böyük Britaniya müdafiə nazirləri səviyyəsində ilk dəfə olaraq təşkil olunan rəsmi görüşdə Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin göstərişinə əsasən ölkələrimiz arasında müxtəlif sahələrdə, xüsusilə hərbi sahədə münasibətlərin inkişaf etdirilməsi məsələləri müzakirə olunub, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
İkitərəfli əsasda və NATO-nun "Sülh Naminə Tərəfdaşlıq" Proqramı çərçivəsində keçirilən tədbirlərdə, sülhməramlı əməliyyatlarda Azərbaycanın fəal iştirakı xüsusi qeyd olunub.
Tərəflər iki ölkə arasında hərbi və hərbi-texniki sahədə əməkdaşlığa dair geniş fikir mübadiləsi aparıb və əməkdaşlığın gələcək perspektivlərini müzakirə edib.
Oxunub: 1523
Oxşar xəbərlər
- Zakir Həsənov şəxsi heyətlə iş üzrə zabitlərlə görüşüb
- Zakir Fərəcov iki məmuru işdən çıxardı
- Zakir Həsənov müşavirə keçirdi - Nazirdən tapşırıq
- Zakir Həsənov `Rembo`nu Gülhanəyə göndərdi
- Zakir Həsənov əsgər valideynləri ilə görüşdü - FOTOLAR
- Zakir Həsənov rumıniyalı həmkarı ilə görüşdü
- Zakir Həsənov tank bölmələrində olub
- Zakir Həsənov cəbhə xəttinə getdi - FOTOLAR
- Zakir Həsənov Anjey Kaspşik ilə görüşdü
- Zakir Həsənov yeni idarəetmə məntəqəsinin açılışında iştirak edib