Özbəkistanda prezident seçkiləri keçiriləcək


19:32     09 Sentyabr 2016 ozbekistan.jpg

Özbəkistanda növbədənkənar prezident seçkiləri dekabrın 4-də keçiriləcək.


Femida.az xəbər verir ki, seçki kampaniyasına bu gündən start verilib. Namizədlərin qeydiyyata alınması sentyabrın 30-da başlayacaq, oktyabrın 20-də bitəcək.

Qeyd edək ki, hazırda Özbəkistan prezidenti səlahiyyətlərini sabiq baş nazir Şavkat Mirzoyev icra edir.

Xatırladaq ki, prezident İslam Kərimov sentyabrın 2-də vəfat edib. O, 1991-ci ildən fasiləsiz olaraq Özbəkistana rəhbərlik edib.

Açar sözlər:

Oxunub: 984