Özbəkistanda yeni Baş nazir təyin olunub


18:22     14 Dekabr 2016 abdulla_aripov_141216.jpg

Özbəkistan Baş nazirinin müavini Abdulla Aripov ölkənin Baş naziri vəzifəsinə təyin olunub.


Femida.az xəbər verir ki, bu qərar Özbəkistan parlamentində Qanunverici Palata və Senatın birgə iclasında qəbul olunub.

A.Aripovun namizədliyi Özbəkistan konstitusiyasına uyğun olaraq parlamentdə çoxluğa sahib Liberal Demokratik Partiya tərəfindən irəli sürülüb.

Qeyd edək ki, bundan əvvəl Baş nazir vəzifəsində hazırda ölkə Prezidenti olan Şovkat Mirziyoyev çalışıb.

Femida.az

Açar sözlər:

Oxunub: 1225