Məmmədyarov səfirlə vidalaşdı


20:45     09 Sentyabr 2016 merakes%20sefiri%20ile.JPG

Xarici işlər naziri Elmar Məmmədyarov Mərakeş Krallığının Azərbaycandakı səfiri Hassan Hamini diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib.


Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Femida.az-a bildirilib ki, Azərbaycandan xoş təəssüratla ayrıldığını qeyd edən səfir Hassan Hami diplomatik fəaliyyətinin uğurla həyata keçirilməsi üçün ona göstərilən dəstəyə görə təşəkkürünü bildirib. Səfir Azərbaycanı hər zaman dost və qardaş ölkə kimi xatırlayacağını vurğulayıb.
Nazir Azərbaycan və Mərakeş arasında ikitərəfli münasibətlərin yüksək səviyyədə olmasını qeyd edib. Mərakeşin Ermənistanın Azərbaycana qarşı təcavüzünə dair İslam Əməkdaşlıq Təşkilatının Kontakt Qrupuna qoşulmasının təqdir edildiyini bildirib.

Femida.az

Açar sözlər:

Oxunub: 1154