Əli Həsənovun açıqlaması Misirin nüfuzlu media orqanlarında işıqlandırılıb
14:51 20 Aprel 2015
Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun Avropa Parlamentinin qondarma “erməni soyqırımı” ilə bağlı qətnaməsinə dair açıqlaması Misirin nüfuzlu media orqanlarında geniş işıqlandırılıb.
Azərbaycanın Misirdəki səfirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bu ölkənin Yaxın Şərq Xəbərlər Agentliyi də daxil olmaqla 10-dan çox media orqanı Ə. Həsənovun açıqlamasına geniş yer ayırıb.
Qeyd edək ki, Ə. Həsənov “Avropa Parlamentinin qondarma “erməni soyqırımı” ilə bağlı qəbul etdiyi qətnamənin Avropa Parlamenti tarixində ən biabırçı, heç bir həqiqəti əks etdirməyən, I Dünya müharibəsinin real tarixini təhrif edən, ədalətsiz, xüsusi məqsəd daşıyan və siyasiləşmiş bir qərar olduğunu qeyd edib: “Bu qətnamənin anti-müsəlman və anti-türk ovqatından qaynaqlandığı şübhə doğurmur”.
Oxunub: 711
Oxşar xəbərlər
- Arterial hipertoniya qeyri-infeksion xəstəliklər sırasında liderdir
- Heydər Əliyevin mühafizəçisi nələri danışdı? - VİDEO
- Bu gün Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyidir
- Ulu öndər Heydər Əliyev tarixdə və azərbaycanlıların qəlbində əbədi olaraq qalacaq
- Gənclərə biznes və karyera ilə bağlı təlim keçirilib
- Zərdabda silsilə oğurluqda şübhəli bilinən 3 qadın və 1 kişi saxlanılıb
- Ərdoğan Azərbaycana gəlir
- Lənkəran Şəhər İcra Hakimiyyətində əməliyyat keçirilib, saxlanılanlar var
- Bakıda özəl klinikada 46 yaşlı kişi əməliyyatdan sonra ölüb
- Xanlar Vəliyev: “Ötən 8 ayda qeydə alınmış cinayətlərin 99 faizi açılıb”