Ərdoğan Azərbaycana gəlir
09:39 20 Oktyabr 2022
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevin dəvəti ilə bu gün Azərbaycana birgünlük səfər edəcək.
R.Ə.Ərdoğan İlham Əliyevlə birlikdə işğaldan azad edilmiş Azərbaycan ərazisində Türkiyə şirkətlərinin də iştirakı ilə inşa edilən ikinci aeroportun - Zəngilan Beynəlxalq Hava Limanının açılış mərasimində iştirak edəcək və həmçinin regionun inkişafı üçün həyata keçirilən yeni layihələrin təməlini qoyacaq.
Səfər zamanı keçiriləcək ikitərəfli görüşlərdə Türkiyə ilə Azərbaycan arasında münasibətlərin bütün aspektləri ilə nəzərdən keçiriləcəyi və əməkdaşlığın daha da inkişaf etdirilməsi istiqamətində atılacaq addımların müzakirə olunacağı gözlənilir.
İkitərəfli münasibətlərlə yanaşı, aktual regional və qlobal problemlərin ətrafında fikir mübadiləsinin aparılması nəzərdə tutulur.
Mənbə: TRT Haber
Oxunub: 12228
Oxşar xəbərlər
- Ərdoğan Qarabağdakı son vəziyyətdən danışıb
- Ərdoğan Xamenei ilə görüşüb
- Ərdoğanın İrana səfər tarixi açıqlanıb
- Ərdoğan Putin və Zelenski ilə telefonla danışacaq
- Ərdoğanla Putin Ukraynadakı vəziyyəti müzakirə ediblər
- Ərdoğan Azərbaycana təşəkkür edib
- Ərdoğan Azərbaycana səfər edəcək
- Ərdoğanla Quterreş arasında telefon danışığı olub
- Ərdoğan və Putin telefonla danışıblar
- Ərdoğan Səudiyyə Ərəbistanına gedir