Sürücülərin nəzərinə! - Elektron satış başlanır


00:41     11 Sentyabr 2016 komputer_00.jpg

Avtomobillərin icbari sığortasının elektron satışının tətbiqinə az qalıb. İcbari sığortalar haqqında qanuna edilən dəyişikliyə əsasən icbari sığorta müqavilələrinin elektron qaydada bağlanılması nəzərdə tutulub.


Müqavilələrin kağız daşıyıcada da bağlanılması mövcud olacaq. Yəni sürücülər hər iki variantdan istifadə edə biləcəklər. Elektron müqavilənin tətbiq edilməsində məqsəd sürücülərin işini daha da asanlaşdırmaqdır

İcbari sığortanı elektron qaydada əldə etmək üçün sürücülər elektron imza almalı olacaqlar.

Elektron hökumət portalı ilə yanaşı sürücülər poçt bölmələrinə də yaxınlaşaraq elektron imza ala bilərlər.

Mövzu ilə bağlı daha ətraflı vodeomaterialı təqdim edirik:

Açar sözlər:

Oxunub: 1090