Yağış yağacaq - HAVA PROQNOZU
14:17 12 Sentyabr 2016
Sentyabrın 12-də Bakıda və Abşeron yarımadasında, eləcə də ölkənin regionlarında gözlənilən hava şəraiti açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AzVision.az-a verilən məlumata görə, sabah buludlu hava şəraiti üstünlük təşkil edəcək.
Səhər və gündüz yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var. Mülayim şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 19-22° isti, gündüz 24-28° isti, Bakıda gecə 20-22° isti, gündüz 25-27° isti olacağı gözlənilir.
Atmosfer təzyiqi norma daxilində 760 mm civə sütunu təşkil edəcək.
Nisbi rütubət gecə 65-75 %, gündüz 50-60 % təşkil edəcək.
Azərbaycanın rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 17-22° isti, gündüz 26-31° isti, dağlarda gecə 9-14° isti, gündüz 16-21° isti olacağı gözlənilir.
Oxunub: 1738
Oxşar xəbərlər
- Yağış, qar, güclü külək - Sabahın havası
- Yağış, külək, qar... - Bu günün havası
- Yağış yağacaq
- Yağış, sulu qar – BU GÜNÜN HAVASI
- Yağış, sulu qar, qar yağacaq - XƏBƏRDARLIQ
- Yağış, qar... - Sabahın havası
- Yağışlar səngiyəcək
- Yağış, külək, leysan ... - XƏBƏRDARLIQ
- Yağış yağacaq, güclü külək əsəcək
- Yağışlar davam edəcək