Valideynlər övladını meşədə azdırdı - DƏHŞƏT


20:53     08 İyul 2015 usaq_doymek_0007.jpg


Amerikada dəhşətli olay baş verib. Valideynləri 14 yaşlı övladlarını icazəsiz keks yediyinə görə, evdən qovublar. 36 yaşlı Kristal Dreqress və onun 33 yaşlı həyat yoldaşı Djems övladlarına evə qayıtmağa qadağa qoyublar.
Onlar balaca uşağı meşədə yerləşən bir çadıra yerləşdiriblər, hansı ki, orada vəhşi qabanlar yaşayır. Bir həftə ərzində qız orada qalıb. Bundan xəbər tutan qonşular polisə məlumat verib. Hadisə yerinə gələn polis balaca qızın nənəsinə zəng vurub və onu nənəsinə təhvil veriblər.

Polis uşağın valideynləri ilə danışıqlar aparmaq istəsə də, bu mümkün olmayıb.Onlar qızlarını evə buraxmayıb. Məlum olub ki, həmin şəxslərin 5 övladı olub. Onların 4-nə nənəsi baxıb. Evdən qovulan balaca qızı isə sosial müdafiə mərkəzinə veriblər.

Bu hadisədən sonra valideynləri məsuliyyətə cəlb edilib.



Miri Məcidli
Femida.az


Açar sözlər:

Oxunub: 1044