Azərbaycanlı zəvvarlar şeytanı daşlayıb
19:39 12 Sentyabr 2016
Həcc ziyarətində olan azərbaycanlı zəvvarlar vacib əməlləri yerinə yetirərək hacı olublar.
Femida.az xəbər verir ki, bu barədə "Report"a Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) məsul işçisi, Azərbaycan Həcc missiyasının üzvü hacı Həmdulla Babayev məlumat verib.
O bildirib ki, azərbaycanlı zəvvar qrupları Minada həcc əməllərini yerinə yetirib, böyük və kiçik şeytanları daşlayıblar: "Zəvvarlar Minada əməlləri yerinə yetirdikdən sonra qrup-qrup qurbangaha gəliblər, qurbanlarını kəsərək ehramdan çıxıblar. Minada zəvvarlar üçün çox yaxşı şərait yaradılıb. Hazırda havanın temperaturu 45-46 dərəcədir. Zəvvarların sağlamlıq durumları normaldır, ciddi problemləri yoxdur".
Onun sözlərinə görə, Azərbaycanın zəvvar qrupu ilə 4 təcrübəli həkimdən ibarət briqada gedib ki, onlardan 1-i qadındır.
H.Babayev onu da bildirib ki, hacılar sentyabrın 13-ü və 14-ü tarixlərində də şeytanı daşlayacaqlar, sentyabrın 14-də Kəbədə həcc namazı qılınacaq: "Bütün azərbaycanlı hacılar adından Azərbaycan xalqını qurban bayramı münasibətilə təbrik edirik".
Femida.az
Oxunub: 914
Oxşar xəbərlər
- Azərbaycanlı iş adamından 500 minlik DƏLƏDUZLUQ
- Azərbaycanlı gənclərdən İrana dəstək aksiyası - Tbilisidə
- Azərbaycanlıların reaksiyası yekdil deyil - Ekspertdən İran hadisələrinə ŞƏRH
- Azərbaycanlı biznesmen və oğlunun meyiti ölkəyə gətirildi - VİDEO
- Azərbaycanlı deputatlar məşhur Liv Hospitalında
- Azərbaycanlı jurnalist faciəvi şəkildə öldü - FOTOLAR
- Azərbaycanlı biznesmen avtobusun qarşısını kəsib, sürücünü bıçaqladı
- Azərbaycanlılar Rusiyada milyonluq kompleks aldı
- Azərbaycanlıların Ermənistandan deportasiyasından 29 il ötür
- Azərbaycanlı biznesmen və oğlu faciəvi şəkildə öldü - FOTOLAR