Rusiya Ukraynaya nota verdi - Gərginlik


21:55     17 Sentyabr 2016 rusiya%20ukrayna1.jpg

Rusiyanın Kiyevdəki səfirliyi Ukrayna Xarici İşlər Nazirliyinə etiraz notası verib.


Femida.az-ın RİA "Novosti" agentliyinə istinadən verdiyi məlumata görə, notada sentyabrın 17-də gecə Rusiyanın Kiyevdəki səfirliyinə hücumla bağlı araşdırma aparılması və diplomatik missiyanın təhlükəsizliyinin təmin olunması tələb olunur.

Qeyd edək ki, Rusiyanın Kiyevdəki səfirliyi sentyabrın 17-də gecə naməlum şəxslərin hücumuna məruz qalıb.

Məlumata görə, 20-dək naməlum şəxs diplomatik missiyanı fişənglərdən atəşə tutub, sonra isə hadisə yerindən qaçıb.

Hadisə nəticəsində zərərçəkən olmayıb, binaya da ciddi ziyan dəyməyib.

Açar sözlər:

Oxunub: 667