Plastik qablara qadağa qoyuldu


23:28     18 Sentyabr 2016 platik%20qab.jpg

Fransada 2020-ci ildən yemək yemək və yemək saxlamaq üçün istifadə edilən plastik qablardan istifadə edilməyəcək.



Femida.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, bununla bağlı Yaşıllar Partiyasının müəllifi olduğu qanun parlamentdə qəbul edilib.

Birdəfəlik istifadə edilən plastik qablar da 2020-ci ildən istifadə edilməyəcək. Plastik qablarla bağlı qadağaya səbəb isə onların xərçəngə yol açması ilə bağlı araşdırmalardır.

Xatırladaq ki, bu ilin əvvəlindən Fransada supermarketlərdə plastik torbaların da satışına qadağa qoyulub.

Açar sözlər:

Oxunub: 1331