Ombudsman BMT məruzəçisi ilə görüşüb


23:12     20 Sentyabr 2016 ombudsman52.jpg

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanova BMT-nin insan hüquqları müdafiəçilərinin vəziyyəti üzrə xüsusi məruzəçisi Mişel Forstu qəbul edib.


Ombudsman Aparatının mətbuat xidmətindən verilən məlumata görə, görüşdə BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının insan hüquqları üzrə məsul şəxsi Cəmşid Qazıyev də iştirak edib.

Görüşün əsas məqsədi Azərbaycanda insan hüquqları müdafiəçilərinin hüquqlarının təmini ilə bağlı Müvəkkilin fəaliyyəti ilə tanışlıq olub. Müvəkkil qonağı maraqlandıran sualları cavablandıraraq insan hüquqları sahəsində, həmçinin işgəncələrin qarşısının alınması üzrə Milli Preventiv Mexanizm (MPM) qismində fəaliyyəti, bu istiqamətdə görülmüş işlər haqqında geniş məlumat verib.

E.Süleymanova “Azərbaycan Respublikasında İnsan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”n (MFP) icrası, təbliği və tətbiqi vəziyyətinin monitorinqi məqsədilə ölkəmizin 57 şəhər və rayonunda yerli icmalar, QHT-lər və KİV nümayəndələrinin iştirakı ilə ictimai dinləmələr keçirdiyini, rayonlara səfəri zamanı polis idarələrinə baş çəkdiyini, polis əməkdaşları ilə insan hüquqları, saxlanılan şəxslərlə rəftar və onların saxlanılma şəraiti ilə bağlı söhbətlər apardığını, bütün polis şöbələri, eləcə də penitensiar müəssisələrdə Ombudsmanın iki qaynar xətt nömrələrinin əks olunduğu posterlərin asıldığını qonağın diqqətinə çatdırıb.

Femida.az

Açar sözlər:

Oxunub: 934