Milli Məclis toplanır - 30 məsələyə baxılacaq
18:14 21 Sentyabr 2016
Milli Məclisin sentyabrın 30-da keçiriləcək payız sessiyasında ilk plenar iclasının gündəliyi müəyyənləşib.
Milli Məclisdən Femida.az -a verilən məlumata görə, ilk plenar iclasın gündəliyinə 30 məsələ daxildir.
Belə ki, Milli Məclisin payız sessiyasında işlər planı, “Kredit büroları haqqında” qanun layihəsi müzakirəyə çıxarılacaq.
Həmçinin bir sıra qanunlara dəyişiklər nəzərdə tutulur. Bunlar “Normativ hüquqi aktlar haqqında” Konstitusiya qanunda dəyişiklər ( 2-ci səsvermə), Deputatların yeni komitələrə üzvlüyə qəbul olunması məsələsi, Vergi Məcəlləsinə dəyişiklik, “Mədəniyyət haqqında” qanuna dəyişiklik, “Mühasibat uçotu haqqında” qanuna dəyişiklik, “Dövlət qulluğu haqqında” qanuna dəyişiklik, “Reklam haqqında” qanuna dəyişiklik, “Yol hərəkəti haqqında” qanuan dəyişiklik, “Kargüzarlıq haqqında” qanuna dəyişiklik, Əməliyyat-axtarış fəaliyyəti ilə bağlı Cinayət Prosessual Məcəlləyə dəyişiklik və bir sıra hökumətlərarası memorandum, saziş və müqavilələrin təsdiqi.
Femida.az
Oxunub: 1046
Oxşar xəbərlər
- Milli Məclis bu tarixdə toplanır
- Milli Məclis dünya azərbaycanlılarına müraciət ünvanlayıb
- Milli Turizm Təbliğat Bürosu ilə yekun vurdu
- Milli Məclis 25 qanuna dəyişiklikləri təsdiqlədi
- Milli Məclisdə deputatlar arasında gərgin müzakirə - Ordu ilə bağlı
- Milli Məclis toplanır
- Milli Məclisin iclası keçiriləcək - 38 məsələ müzakirə olunacaq
- Milli Məclisin sonuncu iclasının vaxtı məlum oldu
- Milli Məclisin saxlanma xərcləri artırılır
- Milli Məclis toplaşır - Bu gün iclas keçiriləcək