Məmmədyarov norveçli həmkarı ilə görüşüb


19:48     21 Sentyabr 2016 memmedyarov65.jpg

Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov BMT Baş Assambleyasının 71-ci sessiyası çərçivəsində Norveç Krallığının xarici işlər naziri Borge Brende ilə görüşüb.


XİN-in mətbuat xidmətindən verilən Femida.az-a məlumata görə, görüş zamanı Azərbaycan-Norveç əlaqələrinin hazırkı vəziyyəti və inkişaf etdirilməsi yolları, iqtisadiyyat və enerji sahəsində əməkdaşlıq, beynəlxalq və regional məsələlərə dair fikir mübadiləsi aparılıb.

B. Brende ölkəsinin Azərbaycanın avroatlantik təsisatları ilə əməkdaşlığını dəstəklədiyini bildirib.

E. Məmmədyarov Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə aparılan danışıqlar prosesinin mövcud vəziyyəti haqqında məlumat verərək, münaqişənin tezliklə həllinə nail olmaq üçün Azərbaycanın substantiv və nəticə yönümlü danışıqların tərəfdarı olduğunu vurğulayıb.

Femida.az

Açar sözlər:

Oxunub: 728