Məmmədyarov Con Şapiro ilə görüşüb
00:20 22 Sentyabr 2016
Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov BMT Baş Assambleyasının 71-ci sessiyası çərçivəsində Amerika Yəhudi Komitəsinin prezidenti Con Şapiro ilə görüşüb.
XİN-in mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, C. Şapiro Azərbaycanda tarixən mövcud olan tolerantlıq mühiti, yəhudi icmasına göstərilən dəstək və qayğının yüksək qiymətləndirildiyini qeyd edib və ABŞ ictimaiyyətində bu barədə məlumatlandırmanın artırılmasının vacibliyini diqqətə çatdırıb.
E. Məmmədyarov isə müxtəlif sivilizasiyaların, ayrı-ayrı millətlərin və dinlərin nümayəndələrinin Azərbaycanda əsrlər boyu sülh, qarşılıqlı anlaşma və harmoniya şəraitində yaşadığını deyərək multikulturalizm və tolerantlığın Azərbaycan xalqının həyat tərzi olduğunu vurğulayıb. O, Azərbaycan prezidentinin sərəncamı ilə 2016-ci ilin “Multikulturalizm ili” elan edilməsi barədə məlumat verib.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Femida.az
Oxunub: 1128
Oxşar xəbərlər
- Məmmədyarov TürkPA-nın baş katibini qəbul edib
- Məmmədyarov Rusiya səfiri ilə vida görüşü keçirib
- Məmmədyarovun həmsədrlərlə görüşü başladı - FOTO
- Məmmədyarovla Nalbandyan görüşəcək
- Məmmədyarov gürcü həmkarına məktub yazdı
- Məmmədyarov Vyanaya gedir - Nalbandyanla görüşəcək
- Məmmədyarov Çavuşoğlu ilə görüşdü
- Məmmədyarov Çindən gələn nümayəndələri qəbul etdi
- Məmmədyarov həmsədrlərin təklifini qəbul etdi
- Məmmədyarov Moskvada həmsədrlərlə görüşür