Nazir Zərdaba gedir


14:19     22 Sentyabr 2016 894271.jpg

Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov sentyabrın 30-da Zərdab rayonunda vətəndaş qəbulu keçirəcək.


Femida.az xəbər verir ki, qəbulda Zərdab, Ucar, Göyçay və Kürdəmir rayonlarından olan vətəndaşların müraciətlərinə baxılacaqdır. Vətəndaş qəbulu saat 11:00-da Zərdab rayonunda yerləşən Heydər Əliyev Mərkəzində keçiriləcək.

Qəbula yazılmaq istəyən vətəndaşlar komitənin [email protected] elektron ünvanına yaza və aşağıdakı nömrələrlə əlaqə saxlaya bilərlər:

Komitənin Aparatı: (012) 490 24 08 (daxili 105 və 349)

Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı ərazi idarəsi:

(020-21) 3 01 29, (020-29) 6 62 83

Femida.az

Açar sözlər:

Oxunub: 1055