Hacıqabulda yararsız ət tapılıb
18:15 22 Sentyabr 2016
Hacıqabul rayonunda aşkarlanan mənşəyi məlum olmayan ət zərərsizləşdirilib
Yararsız olan cəmdəklər Hacıqabul rayonunun məişət tullantıları üçün nəzərdə tutulan poliqonda dezinfeksiya edilərək basdırılıb.
Qeyd edək ki, Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti (DBNX) insan sağlamlığı və qida təhlükəsizliyi ilə əlaqədar aparılan tədbirləri çərçivəsində sentyabrın 20-də gecə saat 03 radələrində Dövlət Baytarlıq Nəzarəti Xidmətinin Hacıqabul Rayon Baytarlıq İdarəsinin baytarlıq mütəxəssisləri və Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları ilə reyd zamanı rayonun Navahı kəndi ərazisində “Opel-Astra” markalı 99-EE 367 dövlət nömrə nişanlı minik avtomobili saxlanılıb.
Avtomobilə baxış keçirilən Göyçay rayonu Müskürlü kənd sakini Elşən Aslan oğlu Fərzəliyevə məxsus çəkisi 350 kq olan, antisanitar vəziyyətdə daşınan, üfunətli iy verən heyvan cəmdəkləri aşkar edilib.
Araşdırma zamanı ətin mənşəyinə və sağlamlığına dair müşayiətedici sənədləri olmadığı, baytarlıq-sanitariya ekspertizasından keçmədiyi müəyyən edilib. Göyçay rayonu Müskürlü kənd sakini Elşən Aslan oğlu Fərzəliyev heyvan cəmdəklərinin ona məxsus olduğunu və satmaq üçün Bakı şəhərinə aparmaq istədiyini bildirib.
Mənşəyinə və sağlamlığına dair müşayiətedici sənədləri, orqanoleptik göstəriciləri standarta uyğun olmayan, heyvan cəmdəklərindən baytarlıq qanunvericiliyinə uyğun nümunələr götürülərək Respublika Baytarlıq Laboratoriyasına göndərilib.
Respublika Baytarlıq Laboratoriyasında aparılan müayinələrin nəticəsinə əsasən iribuynuzlu heyvan cəmdəklərinin bakterioloji çirklənməyə məruz qalması (BÇQB, stafilakokkos aureus), keyfiyyətsiz olması və baytarlıq-sanitariya tələblərinə cavab verməməsi müəyyən edilib.
Respublika Baytarlıq Laboratoriyasının 21 sentyabr 2016-cı il tarixli müvafiq ekspertizasının nəticələri nəzərə alınaraq iribuynuzlu heyvan cəmdəklərinin zərərsizləşdirilməsinə qərar verilib.
Femida.az
Oxunub: 1404
Oxşar xəbərlər
- Hacıqabulda avtomobillər toquşub, xəsarət alanlar var
- Hacıqabulda zəncirvari qəza olub, xəsarət alanlar var
- Hacıqabulda yol qəzalarında 3 nəfər xəsarət alıb
- Hacıqabulda avtomobil 52 yaşlı qadını vuraraq ağır xəsarət yetirib
- Qaradağ və Hacıqabulda su kəsiləcək
- Hacıqabulda itkin düşən 59 yaşlı qadın tapılıb
- Hacıqabulda 59 yaşlı qadın itkin düşüb
- Hacıqabulda qaydaları pozan COVID-19 xəstəsi barədə araşdırmalar aparılır
- Hacıqabulda şadlıq sarayının icarədarı 4 000 manat cərimələnib
- Hacıqabulda zəncirvari qəzada 1 nəfər ölüb, 13 nəfər xəsarət alıb