Səhiyyə naziri səfiri qəbul edib


22:23     22 Sentyabr 2016 oqtay%20sireliyev7.jpg

Azərbaycan Respublikasının səhiyyə naziri Oqtay Şirəliyev Almaniyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mixayel Kinsqrabı qəbul edib.


Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Femida.az-a verilən xəbərə görə, xoş və qarşılıqlı anlaşma şəraitində baş tutan görüşdə hər iki ölkə arasındakı səhiyyə və tibb elmi sahəsinə dair hazırkı əlaqələr və gələcək perspektivlər müzakirə edilib.

Səhiyyə naziri Oqtay Şirəliyev hazırda ölkələrimiz arasında səhiyyə və tibb elminin inkişafına dair sazişin olmadığına rəğmən iki ölkə arasında əməkdaşlığın ən məhsuldar səviyyədə davam etdiyini bildirdi.

Belə ki, onlarla azərbaycanlı müdavim hər il Almaniyanın ən nüfuzlu universitet klinikalarında səhiyyənin müxtəlif prioritet sahələri üzrə təkmilləşdirmə kurslarına qatılır. Eyni zamanda, Almaniyanın nüfuzlu universitet klinikalarından gələn professor və müəllim heyəti ölkəmizdə baş tutan müxtəlif seminarlara qatılır, elmi konfranslarda iştirak edirlər. Vurğulanıb ki, ölkəmizdə yeni tikilən klinikaların planlaşdırılması və layihələrin hazırlanmasında Almaniyanın müsbət təcrübəsindən istifadə olunur, memarları ölkəmizə dəvət edilir. Əczaçılıq sahəsində də ölkəmizdə sıx əlaqələr mövcuddur. Belə ki, Almaniyada istehsal olunan bir çox dərman vasitəsi ölkəmizdə dövlət qeydiyyatından keçirilib və hazırda əczaçılıq marketlərinə çıxarılıb. İkitərəfli əlaqələrin digər mərhələsi Baloniya sisteminə keçiddə, yəni səhiyyə və tibb təhsili sistemində aparılan islahatlardan, rezidentura mərhələsinin tətbiqindən sonra baş tutmuşdur. Onlarla resident təhsilinin rezidentura hissəsini Almaniyanın universitet klinikalarında davam etdiriblər.

Öz növbəsində səmimi qarşılanmaya görə minnətdarlığını bildirən cənab M.Kinsqrab ölkəmizdə aparılan səhiyyə sistemindəki islahatlardan məmnunluqla danışdı. Qeyd etdi ki, hazırda Təcili Tibbi Yardımda istifadə edilən ambulansların Almaniyadan gətirilməsi də böyük etimad və xöş münasibətlərin nəticəsidir.

Daha sonra görüşdə 2017-2018-ci illər ərzində ölkəmizdə tətbiq olunacaq İcbari Tibbi Sığortaya keçidlə əlaqədar olaraq Almaniyadan olan mütəxəssislərin Azərbaycana gəlməsi məsələsi də gündəmə gətirilib.

Femida.az

Açar sözlər:

Oxunub: 1063