Ən yaşlısı 83,ən gənci 14 yaşındadır


00:45     23 Sentyabr 2016 haci5.jpg

Bu il həcc ziyarəti üçün Səudiyyə Ərəbistanına gedən zəvvarların hamısı Vətənə qayıdıb.


Femida.azxəbər verir ki, bu gün zəvvarları gətirən ilk təyyarə 16:21-də Heydər Əliyev Beynəlxalq Hava Limanına enib. İkinci və zəvvarların son qafiləsini gətirən təyyarə isə axşam saat 18:30-də Bakıya eniş edib.
Azərbaycanlı zəvvarlar bu il sentyabrın 19-dan başlayaraq Vətənə dönməyə başlayıblar. Onlar sentyabrın 19-u, 21-i və 22-si tarixlərində təyyarə ilə qayıdıblar.
Qeyd edək ki, bu il Azərbaycandan Həcc ziyarətinə 1 050 zəvvar gedib. Onlardan 60 faizi kişi, 40 faizi qadınlar olub. Bu il ən yaşlı zəvvarın 83, ən gəncinin isə 14 yaşı olub.

Açar sözlər:

Oxunub: 1962