Azərbaycanlı avtoritet Bakıya göndərildi - məhkəməsi olacaq


20:12     23 Sentyabr 2016 img2199800.jpg

Rusiyada qətldə təqsirləndirən şəxs Azərbaycana təhvil verilib.


Femida.az Modern.az-a istinadən xəbər verir ki, Rusiyada həbs edilən Elmir Məmmədovun Bakı Ağır Cinayətlər Məhkəməsində cəzasının Azərbaycan qanunvericiliyinə uyğun tənzimlənməsi barədə işinə baxılacaq.

Hakim Zeynal Ağayevin sədrliyi ilə keçiriləcək məhkəmə iclası sentyabrın 30-na təyin edilib.

Xatırladaq ki, E.Məmmədov Rusiya Federasiyasının Cinayət Məcəlləsi ilə qəsdən adam öldürmə, qanunsuz silah gəzdirmə maddəsi ilə ittiham olunub.

O, Rusiyada 21 il müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, E.Məmmədov kriminal aləmdə "Tsıqan" (Qaraçı) ləqəbi ilə tanınır.

Femida.az

Açar sözlər:

Oxunub: 1331