Qaradağda iki maşın yanıb


00:30     24 Sentyabr 2016 yanan%20mashin%20yangin9.jpg

Bakının Qaradağ rayonunda vətəndaşa məxsus “Mercedes” markalı minik avtomobilinin yanar hissələri yanıb.


Femida.az-ın FHN-in saytına istinadən verdiyi məlumata görə, yol kənarındakı elektrik dirəyi yanğından mühafizə olunub.

Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Qaradağ rayonunda vətəndaşa məxsus “Nissan” markalı minik avtomobilinin isə mühərrikində elektrik avadanlıqları yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub, yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Açar sözlər:

Oxunub: 1124