Qaradağda 3 otaqlı ev yanıb


01:12     10 Dekabr 2017 13878640961363594763_yangin45sadas1.jpg

Bakıda yanğın hadisəsi baş verib.


Femida.az -a Fövqəladə Hallar Nazirliyindən (FHN) verilən məlumata əsasən, şəhərin Qaradağ rayonunda ümumi sahəsi 10 m² olan köməkçi tikilinin dam örtüyünün yanar konstruksiyaları və bitişik ümumi sahəsi 50 m² olan birmərtəbəli 3 otaqlı evin 1 otağının lambirdən ibarət tavanı 1 m² sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

Açar sözlər:

Oxunub: 574