Şəmkirdə top mərmisi tapıldı


14:04     25 Sentyabr 2016 goranboy%20top%20mermisi.jpg

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) mütəxəssisləri sentyabrın 24-də Şəmkir şəhərinin 20 Yanvar küçəsində bir təhlükəli əraziyə baxış keçiriblər.


ANAMA-dan Femida.az-a verilən xəbərə görə, baxış zamanı bir partlamamış hərbi sursat - 122 millimetrlik “OF-56” top mərmisi aşkar edilərək götürülüb. Gün ərzində 350 kvadratmetr ərazi yoxlanılıb.

Femida.az

Açar sözlər:

Oxunub: 891