Hələbdə 213 dinc sakin ölüb


03:30     26 Sentyabr 2016 10-12-2015Syria_Envoy.jpg

Son günlər Suriyanın Hələb əyalətində baş verən döyüşlər nəticəsində 200-dən çox insan həlak olub.



Femida.az -ın verdiyi xəbərə görə, bunu BMT baş katibinin xüsusi nümayəndəsi Staffan de Mistura Təhlükəsizlik Şurasının fövqəladə iclasında bəyan edib.

Onun sözlərinə, hərbi qarşıdurma zamanı əyalətdə ölənlərin sayı 213-ə çatıb, ölənlər arasında xeyli sayda qadın və uşaq var.

“Hələbin şərq hissəsində 275 min sakin bir neçə həftədir ki, faktiki olaraq blokada şəraitində yaşayır”, deyə S.de Mistura qeyd edib.

Açar sözlər:

Oxunub: 1083